Almaniya "Bavariya"sı cari mövsümün sonunda daha bir futbolçu ilə yollarını ayıracaq.
David Alaba və Jerom Boatenqdən sonra Xavi Martines də Münhen təmsilçisini tərk edəcək.
İspaniyalı yarımmüdafiəçinin iyunda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, 32 yaşlı oyunçu 2012-ci ildən "Bavariya"da çıxış edirdi.