UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Bu ada İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.
Portuqaliyalı oyunçu evdə İtaliya "Roma"sını 6:2 hesabı ilə məğlub etdikləri matçda 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da keçiriləcək.