“Mançester Yunayted” Madrid “Real”ının avrokuboklardakı 57 illik nailiyyətini təkrarlayıb.
Bu barədə “Opta” yazıb.
“Roma”nın qapısından evində altı top keçirən “qırmızı şeytanlar” “Real”ın 1963-1964-cü illər mövsümündə Avropa Çempionlar Kubokunun yarımfinalında (“Sürix”ə qarşı 6:0) qazandığı nailiyyətə ortaq olub.
Həmçinin “qırmızı şeytanlar” 2007-ci ilin aprelindən bu yana ilk dəfə avrokubok qarşılaşmasında altı qol vurub. Həmin vaxt Çempionlar Liqasının dörddə bir finalında “Yunayted” elə məhz “Roma”ya 7:1 hesabı ilə qalib gəlib.