Futbol üzrə Almaniya kubokunun final matçı azarkeşsiz keçiriləcək.
Median.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Mayın 13-də, Berlin Olimpiya stadionunda keçiriləcək qarşılaşma Berlində koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərə görə azarkeşsiz olacaq.
Qeyd edək ki, Almaniya kubokunda yarımfinal mərhələsinin görüşləri aprelin 30 və mayın 1-də keçiriləcək. "Leyptsiq" "Verder"lə, Dortmund "Borussiya"sı isə "Holştayn Kil"lə qarşılaşacaq.