"Mançester Siti"nin daha üç üzvündə koronavirus aşkarlanıb.
Median.Az qol.az-a istinadən xəbər verir ki, qapıçı Skott Karson, yarımmüdafiəçi Koul Palmer və klubun bir işçisinin testi müsbət olub. Hər üç şəxs karantinə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl "Mançester Siti"də 7 nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı.