2020-ci ildə Azərbaycan idmançıları 192 medal qazanıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |    

2020-ci ildə Azərbaycan idmançıları 192 medal qazanıblar

Gənclər və İdman Nazirliyi idman siyasəti ilə bağlı hesabatını təqdim edib.

Hesabata əsasən nazirliyin 2020-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən il ərzində respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 64 respublika yarışları təşkil edilib, 12 beynəlxalq yarış keçirilib, 68 beynəlxalq yarışlarda ölkə yığma komandalarının iştirakı təmin olunub.

İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak ediblər.

2020-ci illə bağlı olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda 60 qızıl, 46 gümüş və 86 bürünc olmaqla ümumi 192 medal əldə edilib.

Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 nəfər idmançımız 13 lisenziya (atletika – 2, atıcılıq – 1, üzgüçülük – 1, güləş – 2, velosiped – 1, bədii gimnastika – 2, idman gimnastikası – 2, taekvondo – 1, boks – 1) qazanıb. Bundan başqa, Tokio Paralimpiya oyunlarına da indiyədək 9 lisenziya əldə olunub.

2020-ci ilin ötən dövrü ərzində ayrı-ayrı idman növləri üzrə məşqçi-müəllim ixtisas kateqoriyası verilib. O cümlədən, üç nəfər ali, 54 nəfər birinci kateqoriya alıb. Yeddi nəfərin sənədi vahid idman təsnifatının tələblərinə cavab vermədiyinə görə geri qaytarılıb.

Bundan başqa idman növləri üzrə 33 nəfər “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 54 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, 12 nəfər “Azərbaycan Respublikasının Əməkdar idman ustası”, 10 nəfər “Respublika dərəcəli hakim” fəxri adlarına layiq görülüb.

İl ərzində 109 nəfər İdman ustası normasını yerinə yetirib. 10 nəfərə isə dublikat vəsiqələr verilib.

Hərbi əməliyyatlar dövründə idmançı və məşqçi-müəllimlərimiz də əməliyyatlarda iştirak ediblər. Onlardan yaralananlar, şəhid olanlar olub və bunun statistikası nazirlikdə aparılıb. Hazırda hərbi xidmətini davam etdirənlər var. 76 nəfərin “Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda” reabilitasiyadan keçirilməsi təşkil olunub. Hazırda səkkiz nəfərin reabilitasiyası davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            867 30.12.20 17:58