Maradonanın ekspertiza cavabları açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |    

Maradonanın ekspertiza cavabları açıqlandı

Toksikoloji araşdırma zamanı məlum olub ki, 25 noyabrda vəfat edən keçmiş argentinalı futbolçu Dieqo Maradonanın bədənində spirt və narkotik maddə olmayıb.

Bu barədə “Telam” xəbər yayır.

Məhkəmə ekspertləri idmançının qanında yalnız psixotrop, antidepresant dərmanlar tapıblar. Bunlardan bəzilərinin yan təsiri aritmiyalardır.

Müstəntiqlər keçmiş futbolçunun ölüm səbəbinin xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər ödemi olduğundan müayinədə ürək xəstəlikləri ilə mübarizə üçün maddə izləri tapılmadığını qeyd ediblər.

Yarılma zamanı Maradonanın ürəyinin normadan iki dəfə çox- 503 qram olduğu müəyyənləşdirilib.

İstintaqdakı növbəti addım bu dərmanların Maradonanın əziyyət çəkdiyi xəstəliklərlə əlaqəli olub-olmadığını analiz etmək olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            747 23.12.20 22:57