İngiltərə Futbol Assosiasiyası Çempionşipdə mübarizə aparan "Bornmut" klubunun futbolçusu Cefferson Lerma ilə bağlı araşdırmalara başlayıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi "Şeffild Uensdey"lə matçın (0:1) 83-cü dəqiqəsində rəqib komandanın oyunçusunu dişləməkdə günahlandırılır.
Futbolçunun özü ittihamları rədd edib. O, bununla bağlı etirazını dekabrın 24-dək rəsmi şəkildə bildirməlidir.
26 yaşlı futbolçunun günahı sübuta yetirilsə, o, uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.