Məşhur türkiyəli məşqçi Yılmaz Vural ikinci dəfə koronavirusa qalib gəlib.
Bu barədə “Haber Global” məlumat yayıb.
“Bir xəstəlik macərası yaşadıq. Ümid edirəm, mənim vəziyyətim hər kəsə örnək olar”, - deyə Y.Vural bildirib.
Qeyd edək ki, təcrübəli futbol məşqçisi Yılmaz Vural ilk dəfə koronavirusu simptomsuz şəkildə keçirmişdi. Lakin bir müddət əvvəl ikinci dəfə koronavirusa yoluxan məşqçi xəstəxanaya yerləşdirilib.