Azərbaycanı gözləyən üçüncü texniki nəticə » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |    

Azərbaycanı gözləyən üçüncü texniki nəticə

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniya “Villarreal”ı ilə görüşməli olan Azərbaycan çempionu “Qarabağ”ı səfər matçına getmədiyi üçün texniki məğlubiyyət gözləyir.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan klublarının iştirakı ilə keçirilən avrokubok matçlarındakı 3-cü texniki nəticə olacaq.

UEFA koronavirus pandemiyasına görə oyuna yollanmayacaq Ağdam təmsilçisinə 0:3 hesablı yenilgi versə, ölkə çempionu meydana çıxmadan məğlubiyyət alan ilk komandamız kimi tarixə düşəcək. Çünki əvvəlki iki texniki nəticə oyunun hesabının ləğvindən sonra reallaşıb.

2004/05 mövsümündə “Xəzər Universiteti” (indiki “Keşlə”) Avstriyada “Kazino”ya 0:4 hesabı ilə uduzub. Lakin meydan sahiblərinin heyətində adı iştirak ərizəsində olmayan futbolçu meydana girib. Bu üzdən İntertoto kubokunun görüşündə bakılılara texniki qələbə verilib – +:- (3:0).

Əgər ilk texniki nəticə xeyrimizə olubsa, 2010/11 mövsümündə bunun üzüntüsü yaşanıb. “Bakı” Avropa Liqasının “Buduçnost”la görüşündə cəzalı Joel Epalın xidmətindən yararlanıb. 2:0 hesablı qələbəsi ləğv edilən paytaxt təmsilçisi Monteneqro klubu ilə görüşdə texniki məğlubiyyətlə barışıb – -:+ (0:3).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            714 09.12.20 14:22