Rüstəm Orucov Avropa çempionatında bürünc medalla kifayətləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |     15:08 Şagirdi döyməsi ilə məşhurlaşan sabiq icra başçısı müavininin adı MSK siyahısından çıxarıldı  |     15:06 Azərbaycanda 36 yaşlı hakim qəfil vəfat etdi  |     15:01 İcra başçısı qalmaqallı şəkilləri saytdan sildirdi, birini "fotoşop"latdı (FOTO)  |     14:58 Sumqayıt Dövlət Universitetində kütləvi ixtisarlar olub? - AÇIQLAMA  |     14:57 Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     14:55 Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı  |     14:54 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi ilə bağlı yoxlama başlanılıb  |     14:50 Ötən il milyard dollarlarla dəyəri olan kriptovalyuta oğurlanıb  |     14:48 Dünya şirkətləri işçilərini süni intellektlə əvəz etmək istəyir  |     14:47 Oyun həvəskarlarına müjdə: Yeni "Nintendo" daha böyük olacaq  |     14:45 Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO  |     14:43 BMT: "Azərbaycanda inflyasiya azalacaq"  |    

Rüstəm Orucov Avropa çempionatında bürünc medalla kifayətləndi

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Avropa çempionumuz, Olimpiya Oyunları və dünya çempionatlarının mükafatçısı Rüstəm Orucov (-73 kq) ikinci dəfə qitənin ən güclüsü ola bilməyib.

O ardıcıllıqla Klaudio Nuneş dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, Olimpiya və Avropa çempionu Laşa Şavdatuaşviliyə (Gürcüstan) uduzub.

Belədə Rüstəm təsəlliverici yarışda bürünc medal üçün yarışıb. O burada Tohar Butbul (İsrail) və Nils Ştumpa (İsveçrə) qalib gələrək üçüncü dəfə (bunlardan biri komanda yarışıdır) Avropa çempionatının bürünc medalını qazanıb.

Bu gün yarışan iki idmançımız – Telman Vəliyev (-73 kq) və Murad Fətiyev (-81 kq) isə medal qazana bilməyib.

Xatırladaq ki, dünən Orxan Səfərov 66 kq çəki dərəcəsində Avropa çempionu olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            777 20.11.20 21:19