Dünya futbolunun əfsanəsi Dieqo Maradona 60 yaşını qeyd edir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Azərbaycanın futzal millisi Çexiya ilə qarşılaşıb  |     22:41 Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb  |     22:32 Bakıda avtomobil motosikleti vurub  |     22:28 Rəsmi Bakıdan ABŞ Konqresinə cavab  |     22:16 Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək  |     21:50 "Uber" sürücüsü həbs edildi: "Xanımdan xoşum gəlirdi"  |     21:45 Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir  |     21:36 Taxtdan imtina edən kraliça xəstəxanaya yerləşdirildi  |     21:29 Çeçenistanın keçmiş baş naziri Darvinin nəzəriyyəsinin qadağan edilməsini isəyir  |     21:23 Azərbaycanda kərə yağını baha edən səbəblər... - İqtisadçı ekspert açıqladı  |     21:17 Bakıdakı "lənətlənmiş bina" - Burada nikaha girənlər xoşbəxtlik tapmır?  |     21:08 Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? (VİDEO)  |     21:02 Yaşı 40-ı keçənlərin DİQQƏTİNƏ! - Ekspertlər XƏBƏRDARLIQ ETDİ  |     20:56 Mobil telefon bazarında qiymətlər düşür - SƏBƏB  |     20:39 Bir vaxtlar traktor istehsal edən “Lamborghini” loqosunda gizli bürc əlaqəsi nədir?  |     20:34 "Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ  |     20:26 Bərdədə kişi toyda öldü  |     20:19 Putin: Rusiya bu il PUA istehsalını 10 dəfə artırmağı planlaşdırır  |     20:11 “Lufthansa” Təl-Əviv və İrana uçuşların dayandırılmasını sentyabrın 24-dək uzadıb  |     20:00 Sumqayıtda avtomobil 9 yaşlı uşağı vuraraq öldürüb  |    

Dünya futbolunun əfsanəsi Dieqo Maradona 60 yaşını qeyd edir - VİDEO

Əfsanəvi hücumçu Dieqo Maradona oktyabrın 30-da 60 yaşını qeyd edir.

Argentinalı “Boka Xuniors”, “Barselona”, “Napoli” klublarında və milli komandadakı çıxışları ilə məşhurlaşıb.

Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar “Los Kebollitas” komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış olmasından sonra başlanıb.

“Los Kobollitas” onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə “Argentinos Xuniors” klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

Maradona karyerası boyu dörd mundialda çıxış edib. O, 1986-cı ildə Dünya Kubokunu qazanıb. 1990-cı ildə isə onun komandası gümüş medallarla kifayətlənib.

22 iyun 1986-cı ildə argentinalı Dünya çempionatının dörddə bir finalında İngiltərə millisinin qapısına iki qol vurub. Onlardan biri tarixə “Tanrının əli”, digəri isə “yüzilliyin qolu” kimi düşüb.

O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

Avropada isə Maradona “Barselona”, “Napoli” və “Sevilya” klublarının şərəfini qoruyub.

Maradona 1982-ci ildə o dövr üçün rekord məbləğə – dörd milyon dollara İspaniya “Barselona”sına transfer olub. İki il sonra İtaliya “Napoli”sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb.

Ən uzun çıxışı “Napoli”də olan Maradona burada iki dəfə İtaliya çempionu olub, 1989-cu ildə isə UEFA kubokunu qazanıb.

Məşqçi kimi əfsanəvi futbolçu öz vətənində, həmçinin BƏƏ və Meksikada çalışıb. 2010-cu ildə onun rəhbərliyi ilə Argentina millisi Dünya çempionatında dörddə bir finala çıxıb.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. Futbolçu ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh edib:

“Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər”.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            975 30.10.20 22:15