Mojo.az Banner
20:37 "Avroviziya"nın aparıcıları onlar olacaq  |     20:30 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |     20:22 Kamran Əliyev prokuroru vəzifəsindən azad etdi  |     20:20 Yüksək vəzifəyə təyin edilən Tural Feyzullayevlə bağlı MARAQLI MƏLUMATLAR  |     20:12 Ən yüksək maaşlı vakansiyalar bu sahədədir...  |     19:55 Bakıda marketin qarşısında kameralar önündə bıçaqlanma: "Oğlunu narkotikə qurşandırdığımı dedi"  |     19:41 Ötən il işlə təmin edilən əlilliyi olan şəxslərin sayı açıqlanıb  |     19:36 Azərbaycanın hərbi qulluqçuları Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar  |     19:30 Masallıda üçəm dünyaya gəlib  |     19:22 Rusiyada İstilik Elektrik Mərkəzində yanğın olub, iki nəfər ölüb  |     19:17 Tailandda təyyarə qəzaya uğrayıb, ölənlər var  |     19:09 Şahbuzda minik avtomobili qaz xəttinə çırpılıb, 160 abonent qazsız qalıb  |     19:03 Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başlayıb  |     18:55 İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq  |     18:50 Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI  |     18:44 Gənclər və İdman Nazirliyində nöqsanlar aşkarlandı  |     18:33 Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var  |     18:27 Maşın almaq adı ilə gəldiyi evdən oğurluq etdi, saxlanıldı  |     18:23 General rütbəsi verilən gömrükçülər kimlərdir? (FOTO)  |     18:16 Metroda qatarların hərəkəti bərpa olundu  |    
Left Banner
Right Banner

“Formula-1”in 2020-ci il mövsümü təsdiqləndi: Yarış Bakıda nə vaxt keçiriləcək?

05.10.2019 15:41 5 875
“Formula-1”in 2020-ci il mövsümü təsdiqləndi: Yarış Bakıda nə vaxt keçiriləcək?
“Formula-1”in yeni mövsümünün təqvimi rəsmi şəkildə açıqlanıb.

FIA-nın saytı xəbər verir ki, Almaniyanın Köln şəhərində baş tutan Dünya Motor Şurasında təqvim təsdiqlənib.

Beləliklə, yeni mövsüm martın 15-də Avstraliyanın Melburn şəhərində start veriləcək. Mövsümün səkkizinci Qran-Prisi Bakıda gerçəkləşəcək. Bu, iyunun 5-7-də olacaq. Mövsümə noyabrın 29-da BƏƏ-nin paytaxtı Əbu Dabidə keçiriləcək Qran-Pri ilə yekun vurulacaq.

Yeni mövsümə iki Qran-Pri əlavə olunaraq say 22-yə çatdırılıb. Bunlar Vyetnam və əvvəllər olmuş Niderland Qran-Prisidir. Bu Qran-Prilər müvafiq olaraq aprelin 5-də Hanoy və mayın 3-də Zantfoortda keçiriləcək.

Həmçinin, F1 mövsümün əvvəlində iki üçgünlük test yürüşlərinin olmasını təsdiqləyib. Hər iki test yürüşü İspaniyanın Barselona şəhərində keçiriləcək. Bunlar 19-21 və 26-28 fevralda baş tutacaq.

скачать dle 11.3