Patruşev Bakıda Usubovla görüşdü - Danışıqların detalları » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |     13:34 "TikTok"da "falçı" BAZARI – DİN-dən vətəndaşlara MÜRACİƏT  |     13:25 Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU  |     13:24 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     13:22 "Amazon"un baş ofisində axtarış aparılıb  |     13:19 Vasif Talıbovun oğlunun rəhbəri olduğu federasiya LƏĞV EDİLDİ  |     13:18 Neymar karyerasını "Real Madrid"də davam etdirmək istəyir  |     13:16 Goranboyda 57 yaşlı kişini avtomobil vurub  |     13:14 Sabunçuda binanın zirzəmisinə çirkab suları dolur: Sakinlər şikayətçidirlər - VİDEO  |     13:07 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?  |     13:01 Mask Britaniyanı "polis dövləti" adlandırdı  |     12:59 Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ  |     12:54 Düşmənin gizli postundan YENİ GÖRÜNTÜLƏR - VİDEO  |    

Patruşev Bakıda Usubovla görüşdü - Danışıqların detalları

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev azərbaycanlı həmkarı Ramil Usubovla görüşüb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.

Bildirilir ki, N.Patruşev Bakıda aparılan danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

O, öncə Ramil Usubovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığın davam edəcəyinə dair əminliyini bildirib.

Patruşev iqtisadi və humanitar əməkdaşlığın yüksək tempini qeyd edərək, Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrin reallaşmasının və hərbi-texniki əməkdaşlığın sonrakı inkişafının əhəmiyyətini vurğulayıb.

Həmçinin danışıqlar zamanı terror və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşməsinə, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 833 04.09.19 14:20