Tərtər rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 2017-ci il təvəllüdlü Xəlilzadə Üzeyir Fədail oğlu həyətyanı sahədə quraşdırılmış işlək vəziyyətdə olan su nasosu ilə oynayıb. Nəticədə elektrik cərəyanı azyaşlını vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/