Median.Az xəbər verir ki, avqustun 15-də Sabirabad rayonunun Nərimankənd kəndində, Saatlı rayon sakini V. Bağırovun idarə etdiyi “QAZ-2410” və İmişli rayon sakini Ə.Xudiyevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.
Nəticədə V.Bağırov və Ə.Xudiyevin sərnişinləri - Sərxoş Əliyev və Səmayə Muradova hadisə yerində ölüblər.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.