Avqustun 12-də Samux rayonunda hovuza düşərək boğulan uşaq ölüb.
Rayonun Sərkar kənd sakini, 2014-cü il təvəllüdlü Həsənli Zeyid həyətlərindəki hovuza düşərək boğulmuşdu.
Hadisədən dərhal sonra özəl xəstəxanalardan birinə yerləşdirilən azyaşlı vəfat edib.
Samux Rayon Prokurorluğu hadisənin təfərrüatlarını araşdırır.
/oxu.az