Saatlıda samovarın aşması nəticəsində iki yaşlı uşaq yanıb.
Hadisə Saatlı şəhəri Cavanşir küçəsində olub.
Həmin ünvanda yaşayan Vidadi Astanovun iki yaşlı oğlu Əslan valideynlərinin nəzarətindən yayınaraq həyətdəki samovara yaxınlaşıb.
Samovarın aşması nəticəsində isti su uşağın üstünə tökülüb.
Nəticədə yanıq xəsarətləri alan uşaq Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra azyaşlı ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/