Lənkəranda yaşlı qadın azyaşlı nəvəsinin idarə etdiyi maşın tərəfindən vurulub.
Hadisə avqustun 6-da Mirzə Məhəmmədhüseyn Axund küçəsi, ev 190 ünvanında baş verib.
Belə ki, sözügedən ünvanda yaşayan Zaur Ağayevin avtomobilini səkkiz yaşlı nəvəsi nəzarətsiz halda hərəkətə gətirib.
Nəticədə uşaq nənəsi - 67 yaşlı Zahirə Dilşad qızı Ağayevaya maşınla ciddi xəsarət yetirib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.