Median.Az xəbər verir ki, iyulun 23-ü saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində, Bakı şəhər sakini V.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Nəticədə sərnişin Azadə Məmmədova hadisə yerində ölüb, daha 2 sərnişin xəstəxanaya yerləşdirilib.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.