Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Nəsimi Rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata görə, bir yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.
Hadisə ötən gün Şəmsi Bədəlbəyli küçəsi, ev 106 ünvanında olub.
Belə ki, 2018-ci il təvəllüdlü Cavadlı Cavidan Cavanşir oğlu anasının ehtiyatsız davranması səbəbindən əlindən yerə düşüb.
Kəllə-beyin travması alan körpə ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.