İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.
Median.Az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.
Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.