15 yaşlı yeniyetmə binadan yıxılaraq həyatını itirib.
2004-cü il təvəllüdlü Hüsiyev Kənan Elşən oğlu Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən binaların birində 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Öncə komada olduğu bildirilən yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/