Sumqayıtdakı faciə ilə bağlı – RƏSMİ MƏLUMAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Sumqayıtdakı faciə ilə bağlı – RƏSMİ MƏLUMAT

Respublika Baş Prokurorluğu Sumqayıtda altı nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən oxu.az-a verilən məlumatda bildirilir ki, martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlunun, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızının, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızının, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlunun, 2010-cu il təvəllüdlü Abbasova Zemfira Qüdrət qızının və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızının meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən, dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib.

Hazırda hadisənin başvermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 937 05.03.18 12:31