Şəki rayonunda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Oxud kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü Ramiz Oruc oğlu Məcidov tövlənin çardağından yıxılıb və hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.