Mojo.az Banner
22:35 ABŞ Ermənistana 13 milyard dollar verəcək - SƏBƏBİ  |     22:30 Bərdədə qəza oldu - Ölən və yaralanan var  |     22:22 Paşinyanın Tehran səfərinin detalları açıqlandı  |     22:17 Ötən il SOCAR neft emalını 7 %-dən çox artırıb  |     22:11 Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edildi  |     22:04 Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib  |     21:55 Yeni İl günü qətl törədən yeniyetmədən xəbər var  |     21:50 Çörək bahalaşıb? - Agentlikdən AÇIQLAMA (Video)  |     21:43 "Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirdi  |     21:38 Qaradağda yaşayış binasında YANĞIN: Təxliyə olunanlar var - Video  |     21:29 Pezeşkian maaşının miqdarını açıqladı  |     21:24 "Sumqayıt"dan yeni transfer  |     21:16 Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr - SİYAHI  |     21:11 "Şəki" kafesində nöqsanlar aşkarlandı  |     21:02 ADY vətəndaşlara müraciət etdi - VİDEO  |     20:57 Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü  |     20:49 Kim Çen In 13 yaşlı qızını varisi təyin edib  |     20:44 İcra başçısının sabiq birinci müavini niyə döyülüb?  |     20:36 Hər gün 22 min insanı öldürən təhlükə - Həkim xəbərdarlıq edir  |     20:30 Aygün Kazımovanın vergiyə külli miqdarda borcu yığılıb  |    
Left Banner
Right Banner

Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə ölüb - FOTO

14.08.2024 22:24 942
Goranboy sakini Rusiyada ağır yol qəzasında faciəvi şəkildə ölüb - FOTO
Goranboyun 31 yaşlı sakini Rusiyada ağır yol qəzasında ölüb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hadisə Moskva-Samara magistral yolunda qeydə alınıb.

Goranboy rayonunun Todan kənd sakini 1993-cü il təvəllüdlü Səhman Əmrahovun idarəetdiyi "Qazel" markalı yük maşını magistralda xarab olub.

Məlumata görə, sürücü dostunu köməyə çağırıb. Dost gələndən sonra Səhman Əmrahov özünə məxsus yük maşınını tanışının maşının qoşqu yerinə bağlayan zaman sürətlə hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobus xarab olan "Qazel"ə arxadan çırpılıb.

Nəticədə 31 yaşlı Səhman Əmrahov iki avtomobilin arasında qalıb. O ağır vəziyyətdə xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək kiŞ faciəvi şəkildə ölən Səhman Əmrahov ötən gün doğulduğu Todan kəndində dəfn edilib.

Baş vermiş hadisə ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


скачать dle 11.3
Mojo.az Banner