Uqandada yük avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı 15 nəfər ölüb.
Bu barədə yerli “Monitor” nəşri məlumat yayıb.
“Kimliyi təyin edilməyən sürücü yamacda idarəetməni itirib və nəticədə 15 nəfər ölüb, onlardan 11-i yerindəcə ölüb. Digər dörd nəfər isə xəstəxanada keçinib”, – polis nümayəndəsi açıqlayıb.
Yerli həmkarlar ittifaqının rəhbəri Frank Muyimbvanın sözlərinə görə, yük maşınında 55 alverçi hərəkət edirdi.