61 yaşlı qadın 10 il əvvəlki əməlinə görə ağır cəza aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:59 Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnə bilər - LAYİHƏ  |     20:51 Pərvanə Vəliyeva: COP29-a hazırlıq çərçivəsində regionda sağlam ekosistemin yaradılmasına çağırırıq  |     20:48 Tovuzda zəncirvari avtomobil qəzası olub, ölən və xəsarət alanlar var  |     20:44 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verən layihə I oxunuşda təsdiqlənib  |     20:39 “Sabah”ın U-10 komandası İspaniyada beynəlxalq turnirə qatılacaq  |     20:30 Bakıda taksi xidməti niyə bahalaşıb?  |     20:23 İranda prezidentliyə namizəd həmkarını ittiham edib: "Kaş verdiyiniz vədlər saxta çıxmasın"  |     20:18 Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək  |     20:11 Roberto Bacconun evi qarət olunub  |     20:03 Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 6 mini keçib  |     19:57 Niderland və Fransanın qitə çempionatlarında dördüncü dueli: "Narıncılar" üstünlüyə malikdir  |     19:49 ABŞ idmançısı dopinqə görə cəzalandırılıb  |     19:38 İtaliyada alüminium zavodunda partlayış baş verib, xəsarət alanlar var  |     19:30 AFFA U-15 Liqasının qalibləri mükafatlandırılıb  |     19:24 Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib  |     19:19 Venesuela BRİKS-ə qoşulmaq ərəfəsində olduğunu bildirib  |     19:11 Tanzaniyada vəbaya 49 yoluxma aşkarlanıb  |     19:05 Yeni Kaledoniyanın XİN başçısı: Fransa bütün haqlarımızı əlimizdən alıb  |     18:59 Netanyahunun ofisi Ermənistanın Fələstini tanımaq qərarına reaksiya verdi  |     18:54 İzmirdə meşə yanğını başlayıb  |    

61 yaşlı qadın 10 il əvvəlki əməlinə görə ağır cəza aldı

Bir qrup azərbaycanlı qadını Türkiyədə fahişəliyə cəlb etməkdə ittiham olunan 61 yaşlı Elnarə Əsədovanın (ad-soyad şərti - red.) cinayət işi üzrə məhkəmə yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Müttəhim tanıdığı ümumilikdə 18 qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə dövlət sərhədindən keçirməkdə ittiham olunub. Daha sonra o, qadınlara hədə-qorxu gəlib, onların pasportlarını əllərindən alaraq cinsi istismara məcbur edib.

Cinayət əməli 2013-2014-cü illərdə törədilib. Həmin vaxt təqsirləndirilən şəxs 52-53 yaşlarında olub. Xanım müttəhim zərərçəkmişlərə Türkiyənin Yalova şəhərində cins paltarlar istehsal edilən fabrikdə işə düzəldəcəyi, bizim pulla gündəlik 15-20 manat qazanacaqları barədə yalan vəd verib. O, 2022-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Lakin ibtidai istintaq dövrü müddətində həbsdə olmayıb, barəsində başqa yerə getməmək haqda iltizam qətimkan tədbiri seçilib.

E.Əsədovanın ifadəsindən məlum olub ki, o, özü də əvvəllər Yalova şəhərində fahişəliklə məşğul olub. Müttəhim verilmiş ittihamla özünü təqsirli bilməyərək, “zərərçəkmiş qadınlar əvvəlcədən Türkiyəyə nə məqsədlə getdiklərini bilirdilər, hər şeyi əvvəlcədən danışırdıq” deyib.

Zərərçəkmişlər isə təqsirləndirilən şəxsin dediklərini inkar edib, aldadıldıqlarını deyiblər.

Məhkəmə kollegiyasının hökmü ilə E.Əsədova insan alverində təqsirli bilinərək 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            786 28.11.23 13:35