Paytaxtın Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.
1974-cü il təvəllüdlü Əzizağa Paşayev yolun əks tərəfinə keçmək istəyib.
Bu zaman onu minik avtomobili vurub.
Müxtəlif xəsarətlər alan yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.