Mojo.az Banner
23:06 Bayraktar Paşinyanla nüvə enerjisini müzakirə etdi  |     22:47 Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb  |     22:30 Güləşçimiz erməni rəqibinə qalib gəlib medal qazandı  |     22:19 Türkiyə parlamentində İranla bağlı İCLAS  |     22:16 Sarqsyanın ailəsində növbəti həbs: Eks-prezidentin qardaşı axtarışa verildi  |     22:15 “Sabah” öz meydanında böyükhesablı qələbə qazandı  |     21:58 SEPAH-ın polkovniki öldürüldü  |     21:50 "Qarabağ"ın futbolçusu Kolumbiya millisində - İlk dəfə  |     21:44 Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmə meyiti tapılıb  |     21:25 Üç saat ərzində daha 5 nəfər İrandan Azərbaycana təxliyə olundu  |     21:23 Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşdü  |     21:08 Daha bir NATO ölkəsi məcburi hərbi çağırışı bərpa edib  |     20:51 Tahir İmanov onları məhkəmə ilə hədələdi  |     20:46 İran İsrailə yeni raket zərbələri dalğasına başladı  |     20:46 Zelenski: "Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar gələn həftəyə təxirə salınıb"  |     20:40 "Google Maps"dən Bakı ilə bağlı YENİLİK  |     20:40 "İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə şok faktlar  |     20:32 Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur  |     20:26 Britaniya Yaxın Şərqə təxliyə üçün gəmi göndərir  |     20:20 ABŞ-nin Torontodakı konsulluğu yaxınlığında atışma baş verib  |    
Left Banner
Right Banner

Avtomobillə qudasını əzib öldürdü, tutuldu - RƏSMİ AÇIQLAMA

23.09.2021 12:23 1 605
Avtomobillə qudasını əzib öldürdü, tutuldu - RƏSMİ AÇIQLAMA
Sentyabrın 22-i saat 14:00 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtomobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, F.Qasımovla Ə.Nağıyev qudadırlar. Əmiraslan Nağıyev İkinci Qarabağ müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır.скачать dle 11.3
Mojo.az Banner