Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Nəsimi metrosunun yaxınlığında 2005-ci il təvəllüdlü Xudaverdiyev Sadiq Nicat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Yeniyetmə həkim nəzarətinə götürülüb.