Onlar dünyanın ən dəyərli neməti olan valideyn qayğısından məhrum olublar.
Nə isti ana nəfəsi görüblər, nə də sığınmağa ata qucağı. Başlarına sığal çəkən də olmayıb, canları şəfqət dolu bir baxışa belə möhtac olublar.
Baku TV-nin süjetinin qəhrəmanları Gəncə uşaq evində böyüyən Məhərrəmov qardaşlarıdır.
Körpə yaşlarında valideynləri tərəfindən atılan, illər boyu bir dəfə belə olsun ziyarət olunmayan Ayxan və Murad.
44 günlük Vətən müharibəsi tarixində dastan yazan igidlərimiz sırasında Ayxan və Murad qardaşları da yer alıb.
Daha ətraflı Baku TV-nin süjetində: