Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 170 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.