Binəqədi rayonunda ev yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 681 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 76 kvadrat metr sahədə yanıb.
Evə bitişik ümumi sahəsi 81 kvadrat metr olan talvarın taxtadan ibarət tavanı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.