Siyəzəndə dəm qazı bir nəfərin həyatına son qoyub.
APA-nın verdiyi məlumata görə, hadisə Siyəzənin Xətai küçəsində qeydə alınıb.
Siyəzən rayon sakini, 1970-ci il təvəllüdlü Kərimova Arzu Hüseyn qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.