Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1938-ci il təvəllüdlü Əsədova Sudabə Əsəd qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çoxsaylı sınıqları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.