İmişli rayonunun Qaralar kəndində ümumi sahəsi 120 kvadrat metr olan kürsülü, birmərtəbəli evin qamışdan ibarət tavanı 10 kvadrat metr sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.