Son bir gün ərzində Bakıda iki intihar hadisəsi qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1989-cu il təvəllüdlü mebel ustası Nicat Məmmədov qaldığı qohumunun evində özünü asıb.
İlkin məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan kişi borcunu qaytara bilmədiyinə görə özünü öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Daha bir intihar hadisəsi Sabunçu rayonunda baş verib. 1972-ci il təvəllüdlü Davud Hacıyev Sabunçu rayonunun Maştağa qəsəbəsində, evinin həyətində özünü asıb. Koronavirus pandemiyası səbəbindən kişi işsiz qalıb və kreditini ödəyə bilməyib. Rayon prokurorluğu hadisənin təfərrüatını araşdırır.