Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Əliyev Tofiq Rəhman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.