Tərtər rayonunun Yuxarı Qapanlı kəndində həyətyanı sahəyə yığılan 15 ton ot bağlamasının 7 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.