Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Evlərinin yanında yolu keçən 1926-cı il təvəllüdlü Ağayev Fuad Hedər oğlunu minik avtomobili vurub və o, ağır bədən xəsarətləri alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qasıq oturaq sümüklərinin sınığı diaqnozları qoyulub. Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.