Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, avqustun 29-da Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakini R.Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Şayin Feyzullayevanı vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.