İmişli rayonunda çayxanada yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonun Mərzəlik kəndində ümumi sahəsi 130 kvadrat metr olan, çayxana kimi fəaliyyət göstərən ikimərtəbəli binanın ikinci mərtəbəsinin tavanı 65 kvadrat metr sahədə, yaxınlıqda ümumi sahəsi 9 kvadrat metr olan taxta konstruksiyalardan ibarət tikili və ümumi sahəsi 9 kvadrat metr olan digər tikilinin taxta atmaları yanıb.
Qeyd olunub ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.