Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndinin ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Hüseynov Teymur Məmməd oğlunun axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, T.Hüseynovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.