Kür çayının Sabirabad rayonu, Ulacalı kəndi ərazisindən keçən hissəsində 1957-ci il təvəllüdlü Soltanov Teymur Əhmədrza oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, T.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.