Göygöldə 52 yaşlı qadın özünü fındıq ağacından asaraq öldürüb.
APA-nın məlumatına görə, hadisə rayonun Pənahlılar kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Zeynalova Simuzər Malik qızı özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb.