Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 m2 sahədə yanıb.Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.