Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, 2009-cü il təvəllüdlü Hüseynli Nurlan Rəşad oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.