Mingəçevirdə lisey şagirdi intihara cəhd edib.
APA-nın məlumatına görə, hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsündə baş verib.
2005-ci il təvəllüdlü şəhər sakini Gülşən Azər qızı Ataşova özünü körpüdən çaya atıb. “ASAN Xidmət”in Mingəçevir filialında mühafizə bölməsində çalışan Elşən Aslanov çaya atılaraq batan şəxsi xilas edib.
İntihara cəhdin səbəbi məlum deyil.
Qız Texniki Humanitar Liseyin 9-cu sinifində oxuyur.