Bakının Səbail rayonunda yüksək dozada narkotikdən ölüm qeydə alınıb.
Bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.
1976-cı il təvəllüdlü Ramiz Allahquliyevin meyiti Salyan şosesindəki evində tapılıb. İlkin məlumatlara görə, kişi narkotik qəbulundan sonra ölüb. Məhkəmə tibbi ekspertizasının rəyi yaxın günlərdə hazır olacaq. Eyni zamanda, həmin şəxsin son altı ildir narkotik istifadə etdiyi barədə məlumat var.
Müəyyən edilib ki, R Allahquliyev sağlamlığa xəsarət yetirmədə, narkotik vasitələrin saxlanılmasında və pornoqrafiya yaymaqda ittiham olunaraq, məhkumluq həyatı yaşayıb.
Son bir gündə Bakıda narkotik ticarəti ilə əlaqədar dörd cinayət faktı aşkar edilib.